3 sentyabr 2013 17:25
Millimizin oyunlarının başlama saatı açıqlandı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, oyunlar 21-26 sentyabr aralığında keçiriləcək. Millimizin oyunlarının təqvimi aşağıdakı kimidi:
21 sentyabr, saat 14:00
İslandiya - Azərbaycan
23 sentyabr, saat 18:00
Rusiya - Azərbaycan
26 sentyabr, saat 18:00
Azərbaycan - Slovakiya
Xatırladaq ki, yığmamızın çıxış edəcəyi 10-cu qrupun oyunları Rusiyanın Volqoqrad şəhərində təşkil olunacaq.
