3 sentyabr 2013 16:57
Eli Qutman: Zədəlilərin çox olması Azərbaycana məğlubiyyətimiz üçün səbəb ola bilməz
Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiyaya qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Heyətimizdə zədəli futbolçular çoxdu. Amma bu, bizim Azərbaycana məğlubiyyətimiz üçün səbəb ola bilməz. Biz oyuna bu düşüncə ilə hazırlaşmırıq. Biz qələbə qazanmaq istəyirik. Daha sonra isə Rusiya ilə oyun haqda düşünəcəyik”.
