4 sentyabr 2013 18:15
“Görünür, Foqts mənimlə prinsipə girib”
Futbol üzrə 21 yaşlılardan ibarət Azərbaycan yığmasının və Türkiyənin “Tavşanlı Linyitspor” klubunun qapıçısı Andrey Popoviçin azerisport.az saytına müsahibəsi
- İsrail U-21-i ilə oyundan nə gözləyirsiz?
- Biz ora uduzmaq üçün getmirik. Qələbə qazanmaq istəyirik. Əlbəttə, İsrail yığması güclü rəqibdi. Amma bu oyunda Bolqarıstanla görüşdəki kimi uşaq səhvləri etməsək, hər şey yaxşı olacaq.

- U-21 İsrailə əsas yığmamızla birgə gedir. Sizin üçün fərqli düşərgədə yer almaq üzücü deyil ki?
- Düzünü desəm, bir qədər üzücüdü.
- Düzünü desəm, bir qədər üzücüdü.
- Sizcə, bu, nə ilə bağlıdı?
- Bunu artıq Berti Foqtsdan soruşmaq lazımdı. Görünür, o, mənimlə prinsipə girib.

- Niyə belə düşünürsüz ki?
- Çünki Səlahət Ağayev zədələnib millidən kənarlaşdırılanda mənə dəvət göndərilməliydi. Amma o, Aqil Məmmədovu çağırmağa qərar verdi. Prinsipcə, U-21-də də məni hər şey qane edir. Çünki daimi oyun təcrübəm olur.

- Foqtsun sizdən üz döndərməsinin Dubay toplanışı vaxtı içki məclisi düzənləməyinizlə bağlı olduğunu düşünmürsüz ki?
- Yəqin ki, Foqts hələ də onu unutmayıb və bu üzdən məni çağırmır. Hər halda bu, onun haqqıdı. Çünki komandanın baş məşqçisi odu. Mənə sadəcə öz şansımı gözləmək qalır.

- “Tavşanlı Linyitspor”da da əsas heyətə düşə bilmirsiz. Bunun səbəbi nədi?
- Hazırda bu komandada iki ildi əsas heyət oyunçusu olan qapıçı çıxış etdiyi halda baş məşqçi məni dərhal çərçivəyə qoya bilməzdi. Baş məşqçiylə söhbətimiz olub. O, məni əmin etdi ki, yaxın vaxtlarda şans qazanacağam.

- Yeni şəraitə uyğunlaşa bilmisiz?
- Orda mənim üçün çox yaxşıdı. Ən əsası odu ki, hamı futbolu sevir. Son oyunumuzu “Bucaspor”a qarşı keçirdik, 2:1 hesabıyla qalib gəldik.

- Türk dilini öyrənmirsiz?
- Xeyr. Əksinə, bir neçə komanda yoldaşım rus dilini öyrənməyə başlayıb (gülür). Belə isə mənə ingilis dili bəs edir.

- Azərbaycanı tərk etdiyiniz üçün təəəssüflənmirsiz?
- Xeyr. Türkiyə klubuna keçdiyim üçün çox şadam. Bu, tamamilə fərqli səviyyədi.

- Usim Nduka ilə söhbətləşirsiz?
- Əlbəttə. Son iki oyunda o, əsas heyətdə meydana çıxıb. Ona görə çox şadam.