4 sentyabr 2013 18:41
Mehman Allahverdiyev: Əsas hədəfimiz Kəpəzi Premyer Liqaya qaytarmaqdı
"Kəpəz" klubunda yeni strukturun yaradılması davam edir. Azerisport.az xəbər verir ki, Vidadi Rzayevin baş məşqçi təyin olunmasından köməkçilərdən birinin adı müəyyənləşib.
Klub prezidenti Mehman Allahverdiyevin azerisport.az saytına verdiyi məlumata görə, Rzayevə Azər Məmmədov kömək edəcək. Kluba ikinci vitse-prezident və prezident rəhbərlik edəcək.
"Kəpəz"in prezidenti Mehman Allahverdiyev olacaq. Bu xəbəri Allahverdiyev özü də təsdiqləyib:
"Kluba rəhbərliyi özüm edəcəm. Daha iki vitse-prezident, eləcə də köməkçi məşqçilər yaxın günlərdə məlum olacaq. Birinciliyin başlanmasına 1 həftə qalmasına baxmayaraq çətinliklər var. Amma məqsədimiz dəyişmir. Komandanı Premyer Liqaya qaytarmaz əsas hədəfimiz olacaq”.
