4 sentyabr 2013 19:22
Millimizin sabiq forvardı Serbiya Super Liqasında!
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Murad Hüseynov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, bundan sonra o, karyerasını Serbiya çempionatında davam etdirəcək.
Belə ki, 24 yaşlı futbolçu bu ölkənin Super Liqasında çıxış edən “Sloboda” klubu ilə anlaşıb. Lakin tərəflərin neçə illik müqavilə imzaladığı bilinmir.
Qeyd edək ki, “Sloboda” Serbiya Super Liqasında geridə qalan 4 oyundan sonra cəmi iki xal toplaya bilib və 16 komanda arasında 14-cü yerdə gedir.
Maraq üçün onu da xatırladaq ki, Murad Hüseynov vaxtilə “Qəbələ” və “Sumqayıt” klublarının da şərəfini qoruyub.
Maraq üçün onu da xatırladaq ki, Murad Hüseynov vaxtilə “Qəbələ” və “Sumqayıt” klublarının da şərəfini qoruyub.
