5 sentyabr 2013 00:02
Yığmalarımız İsraildə (FOTOLAR)
Futbol üzrə Azərbaycanın əsas və 21 yaşlılardan ibarət yığma komandaları İsrailə çatıblar. Azerisport.az xəbər verir ki, günorta saatlarında Bakını tərk edən futbolçularımız ötən gün axşam Ramat Qana yetişiblər.
Qeyd edək ki, sentyabrın 7-də Azərbaycanın əsas yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə üz-üzə gələcək. Elə U-21 yığmamız da AÇ-2015-in seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də yerli həmyaşıdları ilə qarşılaşmalıdı.
