4 sentyabr 2013 11:15

Eli Qutman: Azərbaycanı asan rəqib hesab edənləri başa düşə bilmirəm

Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun öncəsi müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Siz vaxt azlığından çox şikayətlənirsiz. Bu, doğrudan sizi çox narahat edir?
- Bizə həqiqətən vaxt çatışmır. İşsiz qalmağı sevmirəm. Hərdən elə olur ki, komanda ilə işləmək üçün darıxıram. Əlbəttə, vaxt azlığı mənim yığmadan istədiyim hər şeyi meydanda göstərə bilməməyimizə də səbəb olur. Futbolçularla daim ünsiyyətdə olmağa çalışıram. Lakin bu, məşqləri əvəz etmir.
 
- Qrupda üçüncü olmağın yaxşı nəticə olduğunu demişdiniz. İndi də bu fikrinizdə qalırsız?
- Gözəl başa düşürəm ki, bizim indi qrupda daha yüksək yerlərdən birini tutmağımız üçün yaxşı şansımız var. Amma mən hadisələri qabaqlamaq istəmirəm. Bu kampaniyada biz yalnız bir oyunda uduzmuşuq – Rusiyaya. Azərbaycan və Portuqaliya ilə heç-heçə etmişik. İki dəfə Lüksemburqa, bir dəfə Şimali İrlandiyaya qalib gəlmişik. Hazırda 11 xal kifayət qədər qənaətbəxş nəticə hesab oluna bilər.
 
- Amma bu, daha çox ola bilərdi...
- Bəli, Rusiya ilə oyunda məğlubiyyətdən qaçmaq olardı. Çünki həmin oyunu evdə keçirirdik. Həmçinin Azərbaycanla səfər oyununda da xal itirməyə bilərdik.
 
- İsrailin finişə Portuqaliya və Rusiyadan öndə çatacağına inananlar çox azdı...
- Biz Rusiya və Portuqaliya ilə oyunlarda xal qazana bilərik. Amma hazırda yalnız Azərbaycanla oyunu düşünürəm. Tam olaraq bu görüşə köklənmişik. Mən çox istərdim ki, bu oyunda stadion tam dolu olsun. Bilirəm ki, bütün ölkə bizi dəstəkləyəcək. Hədəfimiz Azərbaycana qalib gəlməkdən ibarətdi. Rusiya ilə oyuna yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik.
 
- Azərbaycan yığması barədə nə deyə bilərsiz?
- Azərbaycanlılarla Berti Foqts işləyir. O, çox inadkar komanda yaradıb. Bakıdakı oyunda bizim hücumçular demək olar ki, çox az boşluqlar tapa bilirdi. Mən onların Rusiya və Portuqaliya ilə də oyunlarına baxmışam. Portəgizlər son yarım saatda istəklərinə çatdılarsa, ruslar son dəqiqələrdə penalti qoluna sevindilər. Ona görə də Azərbaycanı asan rəqib hesab edənləri başa düşə bilmirəm.
 
- Zədəlilərin çox olması sizi narahat etmir?
- Bu barədə düşünməməyə çalışıram. Bunu futbolçulardan da xahiş edirəm. Biz sabah məğlub olsaq və ya xal itirsək, zədəlilərə görə özümüzə bəraət qazandıra bilmərik. Çünki yığmada başqa yaxşı futbolçular da çoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.