4 sentyabr 2013 11:32
Yığmamızın İsraildə açıq məşqi, Foqtsun isə mətbuat konfransı keçiriləcək
Futbol üzrə Azərbaycan milli komandasının sentyabrın 5-də, yerli vaxtla saat 18:00-da, Ramat Gan şəhərindəki eyniadlı stadionda keçiriləcək məşqinin ilk 20 dəqiqəsi mətbuat nümayəndələri və azarkeşlər üçün açıq olacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Sentyabrın 6-da, yerli vaxtla saat 12:00-da, "Hilton Tel-Aviv" mehmanxanasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək.
