4 sentyabr 2013 12:36
Rəvan fasilədə yoxlama oyunu keçirəcək
"Rəvan” yığma komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında fasilə yaranmasından istifadə edərək yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, sğzügedən komanda Birinci divizion təmsilçisi "Şahdağ”la qarşılaşacaq.
Oyun sentyabrın 7-də "Bayıl arena"da keçiriləcək və matç saat 18.00-da başlayacaq. Qarşılaşma hazırlıq mərhələsinin bir hissəsi olduğundan baş məşqçi Vladislav Qədirov bu görüşdə bütün futbolçulara şans vermək niyyətindədi. (klub saytı)
