5 sentyabr 2013 01:07
İsrail - Azərbaycan matçı canlı yayımda
DÇ-2014-ün seçmə mərhələsində sentyabrın 7-də səfərdə İsrailin qonağı olacaq futbol üzrə Azərbaycan millisinin oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, futbolsevərlər qarşılaşmanı "İdman Azərbaycan" telekanalı vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək və Bakı vaxtı ilə 22:45-də başlayacaq. Matç Ramat Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək.
