4 sentyabr 2013 13:11
Xəzər Lənkəran Qəbələdə altı əskiklə hazırlaşır
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 5-ci turunun oyunundan sonra Qəbələdə qalan "Xəzər Lənkəran" bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, milli komandaların oyunu ilə əlaqədar ölkə çempionatında yaranan fasilədən istifadə edən komanda qısamüddətli təlim-məşq toplanışı müddətində "Qafqaz Resort" otelində yerləşib.
Con Toşakın yetirmələri məşqlərini "Qəbələ"nin futbol akademiyasının meydançalarında keçirir. Qeyd edək ki, hazırlıq prosesinə komanda tam heyətlə cəlb olunub. Yalnız Azərbaycan millisinə çağırılan Rahid Əmirquliyev, Elnur Allahverdiyev və Rasim Ramaldanov, Makedoniya millisinə cəlb olunan Nikola Qliqorov, həmçinin Azərbaycanın U-21 millisinin üzvləri Orxan Sadıqlı və Ağabala Ramazanov beynəlxaq oyunlarla əlaqədar toplanışda iştirak edə bilmirlər.
