4 sentyabr 2013 13:59
Rubin Abışovu da Avroliqanın qrup mərhələsi üçün sifariş etdi
Rusiyanın “Rubin” (Kazan) klubu Avropa Liqasının qrup mərhələsində iştirak edəcək heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi artıq iştirak ərizəsini UEFA-ya təqdim edib.
24 futbolçunun yer aldığı siyahıda futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun da adı var. Avroliqanın təsnifat mərhələsində iki oyunda sonradan meydana çıxmaq şansı qazanan futbolçumuz qrup mərhələsinin görüşlərində də şans qazana bilər.
Qeyd edək ki, D qrupunda yer alan “Rubin” klubu “Wiqan" (İngiltərə), “Maribor” (Sloveniya) və “Zulte Waregem” (Belçika) komandaları ilə mübarizə aparacaq.
