4 sentyabr 2013 14:16
Rəşad Sadıqov: İsrail ilə Bakıdakından daha yaxşı oynamağa çalışacağıq
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Komandada atmosfer necədi?
- Kifayət qədər yaxşı, döyüşkən atmosfer var. Normal qaydada hazıraşırıq. Hamının əhvalı yaxşıdı.

- Ötən gün səhər məşqində yox idiniz. Nəsə problem vardı, ya sadəcə istirahət almışdınız?
- Mənimlə Maksimə kiçik istirahət verilmişdi. Çünki klubumuzda son dövrlər sıx qrafiklə oynayırıq. Təəssüf ki, Əfran İsmayılov qarşıdakı oyunda komandamıza kömək edə bilməyəcək. Onun zədəsi ciddi alındı.

- Yığmamızın əksər üzvləri İsraildən xal və ya xallarla dönəcəyimizə çox inanır. Bu inam hardandı?
- Bu, yaxşı əlamətdi. Komandanın öz gücünə inanması önəmlidi. Yalnız belə olan halda nəyəsə nail olmaq olar. Onların fikri ilə mən də razıyam. Hesab edirəm ki, biz səfərdən ən azı bir xalla qayıda bilərik. Təbii ki, qələbəyə oynayacağıq. Buna nail ola bilsək, çox yaxşı nəticə qazanmış olarıq.

- İsrail yığması o dərəcədə zəif komanda deyil. Yəqin ki, bunu da başa düşürsüz...
- Əlbəttə. Bu komanda Bakıdakı oyunla müqayisədə çox artırıb. Amma biz də Bakıdakından daha yaxşı oynamağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- Son oyunlarda sizi çox aqressiv görürük. Bu, nə ilə bağlıdı?
- Mən həmişə meydanda aqressiv olmuşam. Bunu hamı bilir. Son oyunlarda aqressiv olmağıma gəlincə, AZAL-la qarşılaşmada futbolçularımız meydanda sanki yatmışdılar. Ruslan Tağızadəyə qarşı kobud oynadığım epizoda gəlincə, qarşılaşmadan sonra ona yaxınlaşdım, əlini sıxdım, qələbə münasibətilə təbrik etdim. Sadəcə, mətbuat mənim aqressiv oynamağıma son dövrlər xüsusi diqqət ayırmağa başlayıb. Axı mən həmişə belə olmuşam və bu, mənim stilimdi. Həm “Qarabağ”da, həm də millidə.

- “Qarabağ” niyə AZAL ilə oyunda qələbə seriyasını davam etdirə bilmədi?
- “Qəbələ” üzərində yarıəvəzedici heyətlə necə qələbə qazanmışdıqsa, bu dəfə də özümüz AZAL ilə oyunda oxşar aqibətlə üzləşdik. Biz daha fəal idik. Sadəcə, qapımıza vurulan yeganə zərbə qolla nəticələndi. Lakin hazırda bütün diqqətimiz yığmanın oyununa yönəlib və icazə versəydiniz, klub barədə çox danışmazdım.