4 sentyabr 2013 14:30
Azərbaycanın İrlandiya və İsveçlə oyunlarının vaxtı açıqlandı
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimiz bu seçmə mərhələdə İrlandiya, Bosniya və Herseqovina və İsveçlə mübarizə aparacaq.
Komandamızın oyunlarının təqvimi aşağıdakı kimidi:
10 oktyabr
17:00. İrlandiya – Azərbaycan
12 oktyabr
17:00. Azərbaycan – Bosniya və Herseqovina
15 oktyabr
17:00. İsveç – Azərbaycan
Qeyd edək ki, yığmamızın mübarizə aparacağı 3-cü qrupun oyunları İsveçdə təşkil olunacaq.
