4 sentyabr 2013 14:47
Nazim Süleymanov: İsraildən yaxşı nəticə ilə qayıtmaq üçün gedirik
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçiriləcək səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Uşaqlar İsrailə müqavimət göstərməyə kökləniblər. Komandada yaxşı atmosfer var. Yaxşı nəticə qazanmaq üçün gedirik. Lakin onu da başa düşürük ki, buna nail olmaq çox çətin başa gələcək”.
“Uşaqlar İsrailə müqavimət göstərməyə kökləniblər. Komandada yaxşı atmosfer var. Yaxşı nəticə qazanmaq üçün gedirik. Lakin onu da başa düşürük ki, buna nail olmaq çox çətin başa gələcək”.
