4 sentyabr 2013 14:54
Vüqar Nadirov: İsraildə yaxşı nəticə qazanacağımıza inanıram
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçiriləcək səfər oyunu öncəsi fikirlərini açıqlayıb. “Qarabağ”ın oyunçusu azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“İsraildə bizə çətin olacaq. Çünki rəqibimiz bizdən daha güclü komandadı. Amma mən bu çətin səfərdə yaxşı nəticəyə nail olacağımıza inanıram”.
