4 sentyabr 2013 15:25
İnter Elhad Nəziri ilə bir illik müqavilə imzaladı
Xəbər verdiyimiz kimi, “İnter” futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirini heyətinə qatmaq istəyir. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq bu transferi tam həll edib.
Belə ki, tərəflər bir illik müqaviləyə imza atıblar. Hazırda Azərbaycan millisinin düşərgəsində olan futbolçu bu gün İsrailə yola düşəcək. Məhz bu üzdən “İnter”in Elhadla İsraillə seçmə mərhələ oyunundan qayıtdıqdan sonra müqavilə bağlaması gözlənilsə də, tərəflər bu işi daha erkən yoluna qoymağa qərar veriblər.
Qeyd edək ki, Rumıniyanın “Petrolul” klubundan ayrılaraq vətənə dönən futbolçumuz öncə “Rəvan”la müqavilə imzalamışdı. Amma onun məşqlərə məsuliyyətsiz yanaşdığını iddia edən “aslanlar” qısa müddətdən sonra bu futbolçu ilə yollarını ayırmağa qərar vermişdilər.
