4 sentyabr 2013 15:52

“Azərbaycanla ilk oyunda da qələbə qazanacağımızı düşünürdük”

Futbol üzrə İsrail yığmasının yarımmüdafiəçisi Lior Rafaelov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiyaya qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Belçikanın “Brugge” klubunda top qovan oyunçu öncə bunları söyləyib:

“Azərbaycan və Rusiya ilə oyunlar bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Lakin hələlik bütün fikirlərimiz qarşıdakı Azərbaycanla oyuna yönəlib. Rusiya ilə görüşü yalnız ilk matçdan sonra düşünə bilərik. Çünki indi tam olaraq növbəti oyuna köklənməyimiz vacibdi. Ümid edirəm ki, azarkeşlərimiz də bizi bu oyunda yaxşı dəstəkləyəcəklər. Onların dəstəyinə ehtiyacımız çoxdu”.
 
Rafaelov millimizə qarşı oynamağın asan olmayacağını dilə gətirib: “Azərbaycana qarşı oyun asan olmayacaq. Çoxları düşünür ki, bu komanda bizə problem yaradacaq gücdə deyil. Amma mən belə söhbətləri sevmirəm. Biz bu rəqiblə oyuna ciddi hazırlaşmalıyıq. Onların oyun üslubunu öyrənməliyik. Eyni zamanda meydanda qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Azərbaycanla Bakıdakı oyun hələ də yadımdadı. Onda biz qələbə qazanacağımızı düşündüyümüz halda, heç-heçəyə çətinliklə nail olduq. Bu üzdən də rəqibi qiymətləndirməyə bilmərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.