4 sentyabr 2013 16:37
Foqts köməkçisini Rusiyanın oyununa yolladı
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Olaf Yansen Rusiyaya yollanıb. Azerisport.az xəbər verir ki, o, millimizin baş məşqçisi Berti Foqtsun göstərişi ilə Kazana gedib.
Səfərdə məqsəd yığmamızın rəqiblərinin oyununu izləməkdi. Məsələ burasındadı ki, Rusiya yığması sentyabrın 6-da Tatarıstanın paytaxtında Lüksemburqu qəbul edəcək. Yansen Bakıda millimizin qonağı olacaq Rusiya yığmasının oyunu ilə bağlı qeydlər aparacaq və Foqtsa məruzə edəcək.
