4 sentyabr 2013 17:34
İnter də özünə rəqib tapdı
Məlum olduğu kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarla əlaqədar Azərbaycan Premyer Liqasında da fasilə yaranıb. Azerisport.az xəbər verir ki, klublarımız hərəsi bu fasilədən bir cür yararlanmağa çalışır.
Bu fasilə çərçivəsində “İnter” də yoldaşlıq matçı keçirməyi planlaşdırır. Belə ki, sentyabrın 7-də bu komanda “Şəfa” stadionunda Birinci Divizion təmsilçisi “Şuşa” ilə qarşılaşacaq.
Qeyd edək ki, “İnter” - “Şuşa” matçı saat 19:00-da başlayacaq.
