5 sentyabr 2013 18:02

Elnur Allahverdiyev: XL-da hər şeyin yaxşı olduğunu deməzdim

Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
 
- İsraillə oyunun hazırlığı necə gedir?
- Hamı yaxşı əhval-ruhiyyə ilə hazırlaşır. Ümid edirik ki, uğurlu oyun sərgiləyə biləcəyik, yaxşı nəticə qazanacağıq. Bu komandanı biz Bakıda məğlub etməyə borclu idik. O qədər qol epizodu yaradıb heç-heçəyə nail olmağımız məğlubiyyətə bərabər idi.
 
- Bəs səfərdə?
- Burda heç-heçə də uğurlu nəticə sayılacaq. İstəmirəm ki, cavab matçından sonra ilk oyunun təsadüfi olduğunu deyənlər tapılsın. Hamı qələbəyə köklənib. Yaxşı nəticəyə inam var.
 
- Amma İsrail çətin ki, Bakıdakı kimi oynasın...
- Rəqibin gücünü şişirtməyəcəyik. Bu komanda ilə oynamaq da olar, xal almaq da. Amma təbii ki, rəqibə hörmətlə yanaşırıq. Çünki həm də onların meydanında oynamalı olacağıq. İsrailin dünya çempionatına vəsiqə uğrunda mübarizə aparması da çox şeydən xəbər verir. Lakin onların öz hədəfləri var, bizim də öz hədəflərimiz. Əsas odu ki, komandamız bu rəqibdən qorxmur, gücünə inanır.
 
- Bu əminlik hardandı?
- Əgər diqqət yetirmirsizsə, bu seçmə mərhələdə səfər oyunlarımız daha uğurlu alınır. İki heç-heçəyə nail olmuşuq. Rusiyaya son dəqiqələrdə penalti qolu ilə uduzduq. Yalnız Portuqaliyaya son yarım saatda 3 cavabsız qol buraxmaqla məğlub olmuşuq. İsrail isə Portuqaliya deyil.
 
- Özünüz nə dərəcədə hazırsız? “Xəzər Lənkəran”lı futbolçularda əhval-ruhiyyənin yüksək olduğunu demək çətindi...
- Mən İsrailə qarşı oynamağa hazıram. Təbii ki, meydana buraxsalar. Amma ilk dəqiqələrdən meydana çıxacağıma inanıram.
 
- Üzərinizdə təzyiq çoxdu?
- “Xəzər Lənkəran”ın bu mövsümkü çıxışı... (fikrini tamamlamır) Komandada hər şeyin yaxşı olduğunu demək olmaz. Amma vəziyyəti dəyişmək üçün bizə bircə qələbə lazımdı. Qarşıda “Bakı” ilə oyun var. Onları məğlub edə bilsək, hər şey yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.