5 sentyabr 2013 18:11

“Mübarizəsiz təslim olmaq niyyətimiz yoxdu”

Topaz Premyer Liqasına uğursuz start verən "Rəvan” 5-ci turda "Sumqayıt” üzərində qələbə qazanmaqla "qara zolaq”dan çıxdı. Azerisport.az xəbər verir ki, ilk qələbənin əldə olunmasında əsas pay sahiblərindən biri də yeganə qolun müəllifi Kamil Nurəhmədov oldu.
 
Klub tarixinə "Rəvan” forması ilə Premyer Liqada fərqlənən 23-cü futbolçu kimi düşən "11” nömrə axşam məşqindən öncə klubun rəsmi saytına danışıb.
 
Nurəhmədov sözlərinə belə başlayıb: "Bu qələbəyə böyük ehtiyacımız var idi. Çünki ardıcıl uğursuzluqlar futbolçuların psixoloji durumuna da mənfi təsir göstərirdi. Bu uğursuz gedişə "dur” deməyin vaxtı çatmışdı. Şükürlər olsun ki, Sumqayıtda ilk qələbimizi bayram etdik. Qolu kimin vurmağı önəmli deyil, əsas olan qələbə idi ki, buna da nail olduq”.
 
Kamil "Rəvan” forması ilə vurduğu ilk qolu isə belə təsvir edib: "Əks-hücuma çıxarkən qarşımda boş sahənin olduğunu gördüm və irəli şığıdım. Fərdi bacarığı ilə rəqiblərdən sıyrılan Sebastyandan ötürmə aldıqdan sonra fikrim yalnız dəqiq zərbə vurmağa yönəlmişdi. Qapıçı irəli çıxdığından bir hərəkətlə onu çaşdırdım və yerə uzanmasına nail oldum. Ardından topun altından vuraraq onu tora göndərdim”.
 
Komandanın yayda heyətinə qatdığı futbolçu ilk qolunun ona mənəvi dəstək olacağını düşünür: "Rəvan”da ilk qolumu vurdum. Ümid edirəm ki, bu tempdə də davam edəcəm. Çoxdan oynamadığımdan hələ oyun təcrübəsi baxımından bəzi problemlər yaşayıram. Bunu yoluna qoyduqdan sonra daha yaxşı çıxış edəcəm. Məşqçilərin etimadını qazanacağıma inanıram. Məşqlərdə var qüvvəmlə çalışıb optimal formaya düşmək niyyətindəyəm”.
 
22 yaşlı futbolçu sonda "Qarabağ” ilə növbəti tur oyununa toxunub: "Rəqibin gücü bəllidir. Bizi çox çətin oyun gözləyir. Amma mübarizəsiz təslim olmaq niyyətimiz də yoxdur. Sona qədər döyüşəcəyik. AZAL göstərdi ki, bu komandaya qarşı oynamaq olar. Biz də əlimizdən gələnin ən yaxşısını edib "Sumqayıt”la matçdakı qələbənin təsadüf olmadığını göstərməyə çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.