5 sentyabr 2013 11:18

“Yəqin Foqts da İsrailə qarşı nəsə maraqlı sürpriz hazırlayıb”

Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
 
- DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq İsraillə oyuna hazırlıq necə gedir?
- Yaxşı. İsrail güclü komandadı. Ona görə də biz bu oyuna çoxdan hazırlaşırdıq. Ən azından fikrimizdə. İndi isə komanda şəklində məşq edirik, hazırlaşırıq.
 
- “Xəzər Lənkəran”ın oyunçuları üçün bu matçın yəqin ki, öz önəmi olacaq. Çünki siz bir müddət öncə İsrail təmsilçisi “Maccabi”yə (Hayfa) Avropa Liqasında ümumilikdə 10 cavabsız qolla uduzmusuz...
- Hə. Bu darmadağını da nəzərə almaq lazımdı. Qələbə qazanmağa çalışacağıq. Əgər alınmasa, ən azından heç-heçəyə nail olmaq üçün əlimizdən gələni etməliyik.
 
- İsrailin aqressiv hücum xəttinin olduğunu nəzərə alsaq, yer aldığınız müdafiə xəttinin işi çətin olacaq...
- Bilirəm. Onları saxlamaq çətin olacaq. Fikrimcə, bizi bu komanda ilə Bakıdakı oyunumuzdan daha çətin qarşılaşma gözləyir. Amma biz öz komanda oyunumuzu sərgiləyə bilsək, nəyəsə nail ola bilərik.
 
- Bəs millimiz necə oynamağı düşünür?
- Əgər müdafiədə kompakt oyun sərgiləyə bilsək, bütün zonaları bağlasaq, onlarda çətin ki, nəsə alınsın. Yəqin ki, Berti Foqts da rəqibə qarşı nəsə maraqlı bir şey hazırlayıb.
 
- Foqts yəqin ki, müdafiə futboluna üstünlük verəcək. Hər halda Lüksemburqa qarşı səfərdə müdafiədən oynayan komandadan Ramat Qanda hücum futbolu gözləmək olmaz...
- Lüksemburqda bizim qarşımıza müdafiə futbolu oynamaq tapşırığı qoyulmamışdı. Sadəcə, oyun elə alındı. İsraillə oyunda isə başqa nəsə düşünmək də olmaz. Müdafiə olunub, hücum etmək, qol vurmaq üçün şansımızı gözləməliyik. Ən azından birinci qol vurmağa çalışmalıyıq. Ümid edirəm ki, bizim əks-hücumlarımız təhlükəli alınacaq və istəyimizə çatacağıq.
 
- Sizə elə gəlmir ki, Azərbaycanın İsrailə qalib gəlməsi utopik təsir bağışlayır?
- Əlbəttə, qələbə qazanmağımızı çox istərdim. Amma bizim üçün bu komanda ilə səfərdə heç-heçə etmək də qələbəyə bərabər olacaq.
 
- Eyni zamanda bu, İsrail üçün fiasko olacaq...
- Onlara qələbə hava-su kimi lazımdı. Bu, bizim işimizi çox çətinləşdirir. Əgər ilk 15-20 dəqiqəni dözə bilsək, rəqib əsəbləşəcək. Ondan sonra isə işimiz yüngülləşə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.