5 sentyabr 2013 12:29
Bir klubun Birinci Divizionda iştirakı baş tutmadı
Bu gün - sentyabrın 5-də futbol üzrə Azərbaycan Birinci Divizionunda yeni mövsümün püşkü atılır. Azerisport.az xəbər verir ki, 2013-14 mövsümündə aşağı divizionda 16 klubun iştirakı gözlənilirdi.
Lakin son anda bir klubun çempionata qatılmayacağı müəyyənləşib. Bu, “İçərişəhər”di. Sözügedən klub lazım olan sənədləri vaxtında Peşəkar Futbol Liqasına təqdim edə bilməyib.
Yerdə qalan klublardan 11-i ötən mövsüm iştirak edənlərdi: “Ağsu”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Şahdağ”, MOİK, “Bakılı”, “Lokomotiv”, “Şuşa”, “Energetik”, “Göyəzən” və “Şəmkir”.
Daha iki klub son mövsümdə Premyer Liqanı tərk edənlərdi: “Kəpəz” və “Turan”.
Naxçıvanın “Araz” və Yevlaxın “Karvan” klubları isə yenidən bərpa olunublar.
