5 sentyabr 2013 12:34
Birinci Divizionun püşkü atıldı: Çempion ilk turda Kəpəzi qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda yeni mövsümün püşkü atılıb. Azerisport.az xəbər verir ki, 2013-14 mövsümündə aşağı divizionda 15 klub iştirak edəcək.
Bu klublardan 11-i ötən mövsüm iştirak edənlərdi: “Ağsu”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Şahdağ”, MOİK, “Bakılı”, “Lokomotiv”, “Şuşa”, “Energetik”, “Göyəzən” və “Şəmkir”.
Daha iki klub son mövsümdə Premyer Liqanı tərk edənlərdi: “Kəpəz” və “Turan”.
Naxçıvanın “Araz” və Yevlaxın “Karvan” klubları isə yenidən bərpa olunublar.
Püşkün nəticəsinə görə, ilk turda sözügedən komandalar aşağıdakı şəkildə üz-üzə gələcəklər:
Ağsu – Kəpəz
Turan-T – Araz
Turan-T – Araz
Qaradağ-Lökbatan – Göyəzən
Neftçala – Karvan
Neftçala – Karvan
Energetik – Lokomotiv
Şuşa – Şahdağ
MOİK – Bakılı
MOİK – Bakılı
“Şəmkir” ilk turda istirahət edəcək.
