6 sentyabr 2013 00:23
Azərbaycan İsraildə dəstəksiz qalmayacaq
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, millimizi təxminən 200-ə yaxın azarkeşin dəstəkləməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 7-də İsrailin qonağı olacaq. Ramat Qanda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
