5 sentyabr 2013 12:43
Bakı darmadağına sevindi, yeni transferi qol hesabını açdı
Topaz Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Xəzər Lənkaran”la oyuna hazırlaşan “Bakı” çempionatdakı fasilədən yararlanaraq yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Birinci Divizion təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib.
“Zolaqlılar” rəqibi üzərində 5:0 hesablı qələbəyə sevinib. “Bakı” bu oyuna aşağıdakı start heyətilə çıxıb:
Nuredinoski, Pelageas, Alvares, Manafov, V.Abdullayev, R.Hacıyev, E.Məmmədov, Ristoviç, V.Mustafayev, E.Hüseynov, Pena.
“Bakı”nın heyyətində sonradan oyuna çıxan Şoliç dubl edib, Elvin Məmmədov, Horvat və Noqeyra isə hərəyə bir dəfə fərqləniblər.
