5 sentyabr 2013 12:52

“Azərbaycana qarşı üç yarımmüdafiəçi ilə oynayacağıq”

Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində öncə bunları söyləyib:

“Bu oyun öncəsi məndə böyük inam var. Daim futbolçularımla ünsiyyətdə oluram. Hamı nəhayət Ramat Qandakı oyunu səbrsizliklə gözləyir. Azərbaycanla oyunda azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq”.

Qutman yığmamızla oyunda qələbə qazanacaqlarına şübhə etmir: “Ukrayna ilə yoxlama oyunu bizim üçün yaxşı alınmadı. Amma evdə oturub həmin oyunu dəfələrlə analiz etdim. İndi məni yalnız Azərbaycanla oyun maraqlandırır. Şəxsən mən bu oyunda qələbə qazanacağımıza inanıram”.

İsraillilərin çalışdırıcısı Rusiya ilə ev oyunundakı 0:4 hesablı məğlubiyyəti də xatırlayıb: “Mən hələ o vaxta qədər azarkeşlərimizin final fiti səslənmədən öncə stadionu tərk etdiyini görməmişdim. Bu, mənim karyeramdakı ən çətin an idi. Üzücü olan təkcə nəticə deyildi. Həm də sərgilədiyimiz oyun mənim istədiyim səviyyədə deyildi. Həmin vaxt mən çox şey öyrəndim və yığmanı dəyişdim. Göründüyü kimi, bu metod öz bəhrəsini verdi”.
 
55 yaşlı mütəxəssis almaniyalı həmkarı Berti Foqtsun komandasına qarşı necə oynayacaqlarından da danışıb: “Bu oyuna üç orta sahə oyunçusu ilə çıxacağıq. Honduras və Ukrayna ilə oyunlarda pis alınnmadı. Azərbaycanla da həmin sistemlə oynayacağıq. Ümid edirəm ki, bu dəfə yaxşı alınacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.