5 sentyabr 2013 13:15
“Azərbaycanla oyun bizim üçün çox vacibdi”
Futbol üzrə İsrail yığmasının qapıçısı Dudu Avat DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:
“Çoxları Azərbaycanla oyunda asan qələbə qazanacağımızı düşünür. Amma qətiyyən belə olacağını gözləmirəm. Elə cəmi bir müddət öncə Rusiyanın Şimali İrlandiyaya necə uduzduğunu yadınıza salın. Bizi çox çətin oyun gözləyir. Bu oyuna ciddi hazırlaşırıq. Azərbaycanla oyun bizim üçün çox vacibdi. Üç xal qazanmağa borcluyuq”.
