6 sentyabr 2013 00:47

Elxan Məmmədov: İsrail ilə oyunlarda 6 xal qazanmaq arzusundayıq

AFFA-nın baş katibi Elxan Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- Yığmamızın İsraillə oyunundan nə gözləyirsiz?
- Bu oyun İsrail üçün çox vacib əhəmiyyət daşıyır. Çünki rəqibimiz DÇ-2014-ə vəsiqə qazanmağa iddialıdı. Biz Bakıda onlarla heç-heçə etdik. Amma qələbə də qazana bilərdik. Ümid edirəm ki, cavab oyununda daha yaxşı futbol sərgiləyib, xal qazana biləcəyik. Stadionun tam dolması gözlənilir. Ölkəmizdə çempionatın qızğın dövrü olduğundan futbolçularımız fiziki cəhətdən yaxşı hazırlıqlıdılar. Komanda oyuna tam hazırdı. Bizim bura səfərimizi tarixi də hesab etmək olar. Sentyabrın 7-də əsas millimiz İsraillə üz-üzə gələcəksə, səhəri gün də gənclərdən ibarət yığmamızı bu ölkədən olan həmyaşıdları ilə duel gözləyir. Hər iki komandamız bir-birini stadiondan dəstəkləyəcək.
 
- Bu oyunlardan nə qədər xal gözləyirsiz?
- Arzumuz İsraildə altı xal qazanmaqdı. Amma bunun çətin olacağını da başa düşürük. Sadəcə əminliklə deyə bilərəm ki, futbolçularımız sona kimi mübarizə aparacaqlar.

- Əsas yığmanı gənclərdən ibarət milli ilə yanaşı başqa kimlər dəstəkləyəcək?
- Təxminən 300 bilet almışıq. İsraildə yaşayan azərbaycanlıların da millimizi dəstəkləyəcəyini gözləyirik. Mümkündü ki, 1000-ə yaxın azarkeşimiz olsun.
 
- Əgər Azərbaycan yığması İsrail, Şimali İrlandiya və Rusiya yığmalarına qalib gələ bilsə, bu, Berti Foqtsun millimizdə qalmasına səbəb ola bilər?
- Almaniyalı mütəxəssislə müqavilənin müddəti dekabrda başa çatacaq. Ondan sonra AFFA İcraiyyə Komitəsinin iclası olmalıdı. Bu məsələyə də məhz həmin iclasda aydınlıq gələcək. Mənim bu barədə hansısa açıqlama verməyim Foqtsa təzyiq kimi qiymətləndirilə bilər. Bu, yığmamıza da mane ola bilər. Üç rəsmi, iki yoldaşlıq oyunumuz qalır. Hər şeyə həmin oyunlardan sonra aydınlıq gələcək.
 
- Foqts özü də bu yaxınlarda Almaniya mətbuatına bildirib ki, AFFA ilə müqaviləni yeniləmək istəmir...
- Bu, onun fikridi. Amma bu fikrini rəsmi olaraq bizə bildirməyib. Mən də onu mətbuatdan oxudum. Hər halda gələcək karyerası barədə qərar vermək özündən asılıdı.
 
- İsrail üzərində qələbəyə görə AFFA rəhbərliyinin yaxşı pul mükafatı söz verdiyi bildirilir...
- Son illərdə belə məsələlər heç müzakirə də olunmur. Futbolçular öz ölkələrinin yığmasında çıxış edirlər. Əlbəttə, yaxşı nəticələr qazananda, onlar bunun qarşılığında mükafatlandırılırlar.
 
- Olaf Yansenin Almaniyanın “Dinamo” klubu ilə müqavilə bağlamasını necə qarşıladınız?
- O, “Dinamo”dan təklif aldığını bizə də bildirmişdi. Yığmamızda çalışan bir mütəxəssisin Almaniya klubuna rəhbərlik etməsi bizi ancaq sevindirə bilər.
 
- Rauf Mehdiyev yığmamızda qapıçılarla işləyən məşqçiliyə başlayıb. Bu, onun növbəti tsikldə də bu postda qalacağına işarədi?
- Mehdiyevi Foqtsla Uli Ştayn dəvət edib. Ona qədər başqa yerli məşqçilər də milli komandada çalışırdılar. AFFA rəhbərliyi bu ənənəyə müsbət yanaşır. AFFA prezidenti Rövnəq Abdullayev də dəfələrlə açıqlamalarında bildirib ki, sabiq futbolçular futboldan kənarda qalmamalıdılar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.