5 sentyabr 2013 13:24
PFL Kəpəzin arzusunu gözündə qoydu
“Kəpəz” Birinci Divizionun yeni mövsümündəki bir neçə oyununun təxirə salınmasını istəyir. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
“Ötən gün axşam “Kəpəz”in prezidenti Mehman Allahverdiyevlə söhbətimiz oldu. O, komandanın hələ tam hazır olmadığını və bir neçə oyunu buraxa biləcəklərini dedi. Amma klub yaranan problemləri mümkün qədər aradan qaldırmaq üçün çalışır. Bu, həm heyətə, həm də qazona aiddi. Onsuz da “Kəpəz” ilk oyununu səfərdə keçirəcək. Cavab görüşünə isə hələ xeyli vaxt var. Ona görə də heç kimin oyununu təxirə salmaq haqda düşünmürük”.
