5 sentyabr 2013 14:56
Ramin Musayev: Bu, Lənkəran futbolu üçün böyük zərbə olardı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının geridə qalan 5 turundakı mübarizəni şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Son oyunlar gərgin mübarizə şəraitində keçir. Çoxları hakim səhvlərindən danışırlar. Amma etiraf etmək lazımdı ki, səhv edən təkcə hakimlər deyillər. Futbolçular, məşqçilər də səhvə yol verirlər. Amma onlara heç kim təzyiq göstərmir. Fikrimcə, geridə qalan turlarda qəsdən edilən hakim səhvi olmayıb. Azərbaycan yeganə MDB ölkəsidi ki, hakimlərini təlim-məşq toplanışına yollayır. “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununa gəlincə, stadionun diskvalifikasiya olunmamasına çox sevindim. Bu, Lənkəran futbolu üçün böyük zərbə olardı”.