5 sentyabr 2013 15:31
Sumqayıt başladı, Pərdis sıraya döndü
Topaz Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşcaq "Sumqayıt" məşqlərə start verib. Azerisport.az xəbər verir ki, komanda bu gün səhər məşqində Aqil Məmmədovun rəhbərliyi altında daha çox fiziki hazırlığın artırılması üzərində çalışıb.
"Sumqayıt" tam heyətlə məşq edə bilmir. Belə ki, A millidə olan Anar Nəzirov, Ruslan Qurbanov, U-21-in düşərgəsində yer alan Nurlan Novruzov, Kərim Diniyev, Elşən Abdullayev, Slavik Alxasov və U-19-la Rusiyaya təlim-məşq toplanışına yollanan Ruslan Nəsirli və Orxan Əliyev hazırlığa nisbətən gec qoşulacaq. Zədəsini yenicə sağaltmış Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Yeri gəlmişkən, "Sumqayıt"ın əvəzedici komandası sentyabrın 8-də "Neftçala" ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
