5 sentyabr 2013 16:16

Milli komandamıza dəvət alan futbolçu: Arzum Qazaxıstan yığmasında oynamaqdı

Xəbər verdiyimiz kimi, sentyabrın 5-dən 11-ə qədər Rusiyanın Novorossiysk şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, Rusiyaya gedəcək futbolçuların siyahısında ötən gün bir dəyişiklik edilmişdi.

Belə ki, Bilal Abbaszadə ("Qarabağ") zədəli olduğu üçün heyətdən çıxarılmış, əvəzində, Qazaxıstanın "Şaxtyor" (Karakanda) klubunun oyunçusu Zair Emzayev yığmamıza dəvət olunmuşdu. O, bu gün Qazaxıstan mətbuatına müsahibəsində maraqlı açıqlamalar verib:

“Bəli, Azərbaycanın U-19 yığmasından təklif almışam. Mən razı idim. Amma valideynlərimin, məşqçilərimin, “Şaxtyor” rəhbərliyinin də fikri mənim üçün önəmli idi. Onlar da buna qarşı çıxmadılar. Ona görə də sabah Azərbaycan komandasının məşqlərinə qoşulmaq üçün sabah Krasnodara uçacağam. Məni Azərbaycanla bağlayan yeganə amil milliyətimlə bağlıdı. Lakin dəfələrlə demişəm ki, mənim arzum Qazaxıstan yığmasında oynamaqdı. Mən hücumçuyam. Amma son turlarda insayd kimi çıxış edirəm. Qazaxıstanın U-19 yığmasına dəvət alacağımı çox gözləsəm də, bu, heç vaxt baş verməyib. Deyilənə görə noyabrda çağıracaqlar. Zaman göstərəcək. Azərbaycanlılar mənim oyunlarımı izləyiblər və çıxışımı bəyənirlər. Azərbaycan mənim tarixi vətənimdi, orda mənim millətim yaşayır. Amma Qazaxıstanda boya-başa çatmışam. Bu, mənim doğma vətənimdi. Azərbaycan çox sağ olsun ki, mənə etimad göstərdi, dəvət göndərdi. Məşqlərdə əlimdən gələni edəcəyəm ki, bu etimadı doğruldum”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.