5 sentyabr 2013 16:43
Tuayev: Millinin İsraildə qələbə qazanacağına inamım böyükdü
Veteran futbolçu Kazbek Tuayev futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində sentyabrın 7-də səfərdə İsraillə keçirəcəyi oyundan qələbə gözlədiyini söyləyib. Azerisport.az saytına müsahibəsində o, komandamızın Bakıya 3 xalla qayıtmaq şanslarının olduğunu dilə gətirib:
"Düzünü deyim ki, İsrailin heyətiylə maraqlanmamışam. Mətbuatdan onlarda zədəlilərin olduğunu bilirəm. İstənilən halda futbolçularımıza güvənirəm. Onların qələbə qazanacağına inanıram. Səfərdən uğurla qayıtmaq şansları pis deyil. Sadəcə öz oyunumuzu göstərib imkanlardan yararlanmaq lazımdı. Mən İsraillə oyundan qələbə gözləyirəm”.
