5 sentyabr 2013 17:20
XL Elnur Allahverdiyevi millinin İsrailllə oyunundan sonra qova bilər
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev “Xəzər Lənkəran”la yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, artıq xeyli müddətdi cinah müdafiəçisinin baş məşqçi Con Toşakın xoşuna gəlmədiyi barədə xəbərlər dolaşmaqdadı.
Bu üzdən də onun tezliklə transferə çıxarılması istisna olunmur. Elə klubun mətbuat xidməti də bu məlumatı nə təkzib, nə də təsdiq edir.
Klubdan aldığımız məlumata görə, hələlik Elnurla bağlı heç bir rəsmi qərar yoxdu. Amma DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək İsrail – Azərbaycan matçından sonra klub Allahverdiyevin gələcək karyerası ilə bağlı yekun qərarını açıqlayacaq.
