6 sentyabr 2013 18:24
Sumqayıt İdman Mərkəzinin fitness zalı hazırdı (FOTOREPORTAJ)
Sumqayıt İdman Mərkəzinin tikintisi yekunlaşmaq üzrədi. Azerisport.az xəbər verir ki, yaxın günlərdə mərkəzin elektron tablosu quraşdırılacaq.
Hazırda tribunalarda kosmetik təmir işləri aparılır və növbəti həftədən oturacaqların quraşdırılmasına start veriləcək.
Bundan başqa, Sumqayıt İdman Mərkəzinin texniki sahəsində də işlər başa çatmaq üzrədi. Paltardəyişmə otaqları ilə yanaşı digər texniki otaqlar artıq tam hazırlanıb. Dünən isə Sumqayıt İdman Mərkəzinin fitness qurğuları şəhərə gətirilib. Tezliklə fitness qurğuları quraşdırılaraq futbolçuların ixtiyarına veriləcək.
