6 sentyabr 2013 11:11

Bernard Lippert: Foqtsun komandasında oynamağı hamı çox istəyir

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət (U-21) yığmasının baş məşqçisi Bernard Lippertin azerisport.az saytına müsahibəsi
 
- İsraillə oyuna hazırlıq necə gedir?
- Hər şey planlaşdırıldığı kimi davam edir. Əlbəttə, istərdik ki, hazırlıq üçün daha çox vaxtımız olsun. Amma Premyer Liqadakı qrafiki nəzərə alsaq, bu da normaldı. Uşaqların çalışmasından da razıyam.
 
- Araz Abdullayevlə Qara Qarayevin əsas milliyə gedişi U-21-i nə dərəcədə zəiflədib?
- Biz keyfiyyətdə itirdik. Bu, komandamı çox zəiflətdi.
 
- Bəs bu vacib oyun öncəsi Berti Foqtsdan onlara dəvət göndərməməyi xahiş edə bilməzdiniz?
- Mənim əsas vəzifəm əsas yığma komandada daha çox gənc oyunçularımızın yer almasından ibarətdi. Bəli, bizim heyətimiz vacib oyun öncəsi zəiflədi. Amma eyni zamanda fəxr edirəm ki, gördüyümüz işin bəhrəsi var. Hər halda belə bir variant da var ki, Arazla Qara əsas yığmanın heyətində meydana çıxmasa, 8-də gənclərdən ibarət milliyə kömək etsin.
 
- Yetirmələrinizdən daha kimləri əsas yığmada görürsüz?
- 3-4 futbolçu var ki, onlar əsas yığmada oynaya bilərlər.
 
- Kimlərdi?
- Vacib oyunlar öncəsi ad çəkmək istəmirəm. Çünki digərlərini küsdürmüş olaram. Komandamın hər bir üzvü əsas yığmada oynamaq istəyir. Tutaq ki, üç futbolçunun adını çəksəm, digərləri onların Lippertin sevimlisi olduğunu deyəcək (gülür).
 
- Əsas və gənclərdən ibarət yığmamız İsrailə eyni reyslə gəldi. Sizcə, komandalarımızdan hansını daha çətin oyun gözləyir?
- Mən İsrailin əsas komandasını yalnız Bakıda görmüşəm. Mənə elə gəlir ki, o zaman onlar öz imkanlarından çox aşağı çıxış etmişdilər. Eyni zamanda bizim komanda rəqibin gözlədiyindən çox yaxşı oyun sərgiləməyi bacarmışdı. Düzünü deyim ki, İsrail yığmasının əsl gücünü bilmirəm. İkinci komandanı isə yaxşı öyrənmişəm və deyə bilərəm ki, çox güclü rəqiblə qarşılaşacağıq.
 
- Elə isə bu oyunlardan nə gözləyək?
- Əgər xal qazanmaq üçün gəlmədiyimizi desəm, məni pis məşqçi elan edərlər. Qələbə qazanmağa çalışacağıq. Minimum vəzifəmiz isə heç-heçə etməkdi. Bunun mümkünsüz olduğunu düşünmürəm. Baxmayaraq ki, rəqibimiz güclüdü. Əgər hər bir komanda üzvü öz imkanlarından maksimum yararlansa, yaxşı nəticə qazana bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.