6 sentyabr 2013 11:32
Bakının futbolçuları Lensin bazasında məşq etdilər (FOTOREPORTAJ)
“Bakı”nın U-15 komandası Fransaya yollanıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın səfərində məqsəd Hafiz Məmmədovun sahibi olduğu “Lens” klubunun akademiyasında peşəkar təlim-məşq toplanışı keçməkdi.
Gənc futbolçularımız artıq ötən axşam “Lens” klubunun təlim-məşq bazasında ilk məşqə də çıxıblar. Məşqdən öncə oyunçulara “Lens” klubunun oyun forması hədiyyə olunub. Futbolçular məşqə məhz hədiyyə olunmuş formalarda çıxıblar. Hazırlıq prosesi “Lens"in U-15 komandasının baş məşqçisi Herve Arsenenin rəhbərliyi altında keçirilib və əsasən texniki, taktiki təmrinlərə həsr olunub.
Komandanın üzvləri bu axşam yerli vaxtla saat 19:00-da “Lens” FK-nın Akademiyasında “Lens” və Belçika 1-ci liqasının təmsilçisi “Mons” arasında təşkil olunan yoldaşlıq oyununu izləyəcək.
Komandanın üzvləri bu axşam yerli vaxtla saat 19:00-da “Lens” FK-nın Akademiyasında “Lens” və Belçika 1-ci liqasının təmsilçisi “Mons” arasında təşkil olunan yoldaşlıq oyununu izləyəcək.
