6 sentyabr 2013 11:53
Portuqaliya Azərbaycanı keçdi
21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının yer aldığı 8-ci qrupda da bir görüş baş tutub.
Portuqaliya doğma divarlar arasında Norveçlə qarşılaşıb. Oyun gözlənildiyi kimi, meydan sahiblərinin asan qələbəsilə başa çatıb – 5:1.
Qeyd edək ki, bu, indiyə qədər bu qrupda keçirilmiş ikinci oyun olub. Bundan öncə iyunun 8-də Azərbaycan yığması evdə Makedoniya ilə üz-üzə gəlmiş və qolsuz heç-heçəyə razılaşmışdı.
Bu qrupda növbəti oyun sentyabrın 8-də İsraildə yerli komanda ilə Azərbaycan U-21-i arasında baş tutacaq. Sentyabrın 10-da isə Norveç Makedoniya ilə üz-üzə gələcək.
| 1 | Portuqaliya | 1 | 1 | 0 | 0 | 5 | 1 | +4 | 3 |
| 2 | Azərbaycan | 1 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 1 |
| 2 | Makedoniya | 1 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 1 |
| 4 | İsrail | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| 5 | Norveç | 1 | 0 | 0 | 1 | 1 | 5 | –4 | 0 |
