6 sentyabr 2013 12:35
İsrail çempionatının bombaridi də yığmamıza qarşı oynaya bilməyəcək
Futbol üzrə İsrail yığması daha bir ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək bu komandanın baş məşqçisi Eli Qutman Eliran Atarın da xidmətindən məhrum olub.
O, komandasının son məşqlərinin birində zədələnib. Bu yay Fransanın “Reims” klubuna keçən futbolçunun həkimlərin müayinəsindən sonra yığmamıza qarşı oynaya bilməyəcəyi müəyyənləşib. Bu üzdən də Qutman İsrail çempionatının son mövsümünün bombardirini heyətdən çıxarıb.
Belədə İsrail yığmasının yığmamıza qarşı Elyaniv Barda və ya İtay Şexterlə oynaması gözlənilir.
