7 sentyabr 2013 01:39
Portuqaliya və Rusiyadan qələbə (YENİLƏNİB)
Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunda iki oyun baş tutub.
Qrup lideri Portuqaliya səfərdə Şimali İrlandiyanın qonağı olub. Görüş portəgizlərin çətin qələbəsi ilə başa çatıb. İkinci pillədə qərarlaşan Rusiya isə doğma divarlar arasında Lüksemburqu sınağa çəkib. Ruslar darmadağınla qalib gəliblər.
Qeyd edək ki, qrupun digər oyunu İsrail - Azərbaycan matçı sentyabrın 7-də keçiriləcək.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
6 sentyabr
Rusiya - Lüksemburq - 4:1
Qollar: Aleksandr Kokorin, 1; 36, Aleksandr Kerjakov, 60, Aleksandr Samedov, 90 - Aurelien Yoahim, 90.
Şimali İrlandiya – Portuqaliya - 2:4
Qollar: Makkauli, 36, Uard, 52 - Bruno Alveş, 21, Ronaldo, 68; 77; 83.
| 1 | Portuqaliya | 8 | 5 | 2 | 1 | 16 | 8 | +8 | 17 |
| 2 | Rusiya | 7 | 5 | 0 | 2 | 12 | 3 | +9 | 15 |
| 3 | İsrail | 6 | 3 | 2 | 1 | 15 | 8 | +7 | 11 |
| 4 | Şim.İrlandiya | 7 | 1 | 3 | 3 | 6 | 11 | –5 | 6 |
| 5 | Azərbaycan | 7 | 0 | 4 | 3 | 3 | 9 | –6 | 4 |
| 6 | Lüksemburq | 7 | 0 | 3 | 4 | 4 | 17 | –13 | 3 |
