6 sentyabr 2013 12:56
Böyükağa Hacıyev: Milli yalnız bu halda İsraildən xalla qayıda bilər
"Neftçi” klubunun keçmiş baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında millimizin dünya çempionatının seçmə mərhələsində İsraillə oyunu barədə fikirlərini bildirib. Təcrübəli mütəxəssis komandamızın qələbə şanslarının az olduğunu söyləyib:
“İsraillə oyunda qələbə qazanmaq çətindi. 3 xal qazanmaq şanslarımız azdı. Amma heç-heçə oynamaq olar. İsrail Portuqaliya və ya İspaniya deyil. Ona görə futbolçuları motivasiya edərək yaxşı oyun göstərmək mümkündü. 90 dəqiqə müdafiədə otursaq, məğlub olacayıq. Hücum futbolu oynamaq da böyük risk olar. Sadəcə imkan düşəndə hücuma qoşularaq qol vurmaq lazımdı. Bu halda Azərbaycan səfərdən xalla qayıda bilər”.
