8 sentyabr 2013 00:37

Azərbaycan İsraillə səfərdə də sülh bağladı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi İsrail seçməsi olub.
 
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki səkkizinci oyunu idi. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda məhz İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Halbuki, həmin qarşılaşmanı çox yaxşı keçirən futbolçularımız qələbə də qazana bilərdilər. Ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olan yığmamız Şimali İrlandiya ilə səfərdə sülh (1:1) bağlamışdı. Bu ilin ilk oyununda isə səfərdə Lüksemburqla qolsuz heç-heçəyə razılaşmalı olmuşduq. Bu komanda ilə Bakıdakı qarşılaşmada da qələbə qazana bilməmişdik – 1:1. Portuqaliya ilə ev oyunumuz isə 0:2 hesablı məğlubiyyətlə başa çatmışdı. Göründüyü kimi, millimiz geridə qalan oyunlarda qələbəyə həsrət idik. Berti Foqtsun yetirmələri 3 xal həsrətinə İsraillə çətin səfər matçında son qoymağa çalışmalıydı. Komandamız oyunda hesabı açsa da, təəssüf ki, qələbə hesabını sona kimi qoruya bilmədi və qarşılaşma sülhlə başa çatdı.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
7 sentyabr
 
İsrail – Azərbaycan - 1:1 (0:0)
Qol: R.Əmirquliyev, 61 (0:1), E.Şexter, 73 (1:1)
Baş hakim: Stefan Yohannesson (İsveç).
Ramat Qan. Şəhər stadionu.
 
Oyun başladı. Yığmamıza uğurlar arzulayırıq!
3. Qapıya ilk zərbə Şexterdən gəlsə də, onun yaxın məsafədən başla toxunuşunda top qapının üstündən keçir
4. Oyunda ilk sarı vərəqəni kobudluğa yol verən R.Abışov alır
10. Komandamız hələ ki, rəqibin kəskin hücumlar təşkil etməsinə imkan vermir
15. Komandamız oyunda ilk korneri qazanır. Şükürovun qapı qarşısına ötürməsini müdafiəçilər uzaqlaşdırırlar
18. İsrailin təhlükəli hücumu kornerlə nəticələnir. E.Tibinin həlledici zərbəsi qapı dirəyinə dəyərək meydandan çıxır
20. Matç çox sönük keçir və tərəflər sürətli oyun sərgiləyə bilmirlər. Bu da hər iki komandanın ehtiyatlı oyuna üstünlük verməsinin göstəricisi sayıla bilər
25. Meydan sahiblərinin təzyiqi getdikcə artsa da, futbolçularımız hələ ki, müdafiədə etibarlı çıxış edirlər
30. Ramaldanov da sarı vərəqə ilə cəzalanır
31. Komandamız əla əks-hücum qursa da, Araz cərimə meydançasında son ötürməni verməyi gecikdirdi və topu itirdi
32. İsraillilər daha bir korner qazanırlar. Müdafiəçilərimizin uzaqlaşdırdığı topa Natxo uzaqdan zərbə endirsə də, dəqiq olmur
34. İsrailin növbəti korner vuruşunda da futbolçularımız inamlı oynayır
35. Tibinin cərimə medançası daxilindən zərbəsi qapının üstündən keçir
40. Abışovun uzaqdan zərbəsi qapının üstündən keçir
41. Naxtonun təhlükəli zərbəsini Kamran iki cəhddə dəf edir
41. Komandamızın əks-hücumu zamanı isə Raufla Rahidin qapıya zərbələri çox bərbad alınır
44. E.Allahverdiyev də sarı vərəqə alan futbolçularımızın sırasına qoşulur
45. İlk hissəyə 1 dəqiqə əlavə olunur
45+1. Komandamızın əla hücumunu R.Abışov qolla tamamlamağa yaxın olsa da, zərbəsi qapıdan azca yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Millimizin heyətində fasilədə dəyişiklik edilib: A.Abdullayevi Q.Qarayev əvəzləyib
46. Zahavi ikinci hissə başlayan kimi əks-hücumda hesabı açmağa yaxın olsa da, Kamran komandamızı real təhlükədən xilas edir
51. Naxtonun təhlükəli zərbəsini Kamran tutur
53. İsrail yığmasında ilk sarı vərəqəni Tibi alır
53. R.Dadaşov yaxşı şans əldə etsə də, topa zərbə vura bilmir
54. Meydan sahiblərinin korner vuruşu zamanı futbolçularımız topu uzaqlaşdırırlar
55. İsrail ikinci hissədə daha istəkli başlayıb. Amma ümid edək ki, futbolçularımız fasiləyə qədər sərgilədiyi inamlı oyunu qalan dəqiqələrdə də göstərə biləcəklər
56. Zahavinin zərbəsi qapıdan yan keçir
59. R.Əliyevin zərbəsi qapıdan aralı keçir
60. Komandamız ardıcıl hücumlar qurmağa başlayıb. Abışovun möhtəşəm zərbəsi geri qayıdır
61. QOOOOOOOOOOOOOOOOOOOOOOOL! RAHİD ƏMİRQULİYEV!!!!!!!!!!!!!!!!!!!!!! MÖHTƏŞƏM QOL!!!! - 0:1
R.Abışovun daha bir zərbəsi geri qayıtsa da, Rahid geri qayıdan topu ram edərək uzaq məsafədən çox möhtəşəm qola imza atır!
62. İsrail dərhal iki əvəzetməyə əl atır: Zahavini Barda, Ezranı Refaelov əvəzləyir
64. KAMRANDAN İNANILMAZ QURTARIŞ! Bardanın baş zərbəsi dirəkdən döndü. Onun cəmi bir neçə metrdən təkrar zərbəsini isə Ağayev əla seyflə dəf edir!
67. Cihan təkbaşına irəliləyib bir neçə müdafiəçidən sıyrılaraq qapıya zərbə endirsə də, dəqiq olmur
70. R.Əliyev komandamızın əla hücumunu qeyri-dəqiq zərbəylə tamamlayır
71. R.Ramaldanovu V.Levin əvəzləyir
72. Albermanı Radi əvəzləyir
73. Şexter qapı qarşısına ötürməni bir toxunuşla qola çevirir - 1:1
75. Müdafiə xəttimiz nədənsə bu dəqiqələrdə çox inamsız çıxış edirlər
77. Komandamız korner qazanır. D.Avat topu uzaqlaşdırır
78. Yığmamızın da heyətində son dəyişiklik edilir: R.Abışovu C.Hüseynov əvəzləyir
84. Meydan sahibləri daha bir korner qazanırlar. Hər şey yaxşı qurtarır
85. Qapımıza az qala penalti təyin olunacaqdı. Amma hakim Elnurun rəqib futbolçunu cərimə meydançasından kənarda yıxdığını bildirir. Bu cərimə zərbəsi zamanı da hər şey bizim üçün yaxşı bitir
86. Əks-hücum zamanı Raufun zərbəsini qapıçı tutur
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+5. Komandamız cərimə zərbəsindən yaxşı yararlana bilmir
Matç başa çatdı
 
İSRAİL: 1. Dudu Avat, 3. Ben Haim, 15. Ofir Davidzada, 21. Eytan Tibi, 4. Qal Alberman, 5. Maor Melikson, 6. Bibras Natxo (k), 8. Hen Ezra, 13. Şeran Yeini, 7. Eran Zahavi, 11. Etey Şexter.
Ehtiyar oyunçular: 18. Ariel Haruş, 2. Yuval Şpungin, 12. Dekel Keynan, 17. Şir Tzedek, 9. Lior Refaelov, 14. Nir Biton, 16. Oz Rali, 20. Maharan Radi, 10. Elyaniv Barda, 19. Şimon Abuhazira, 22. Omer Damari.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 3. Rasim Ramaldanov, 7. Araz Abdullayev, 19. Rahid Əmirquliyev, 9. Cihan Özkara, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev.
Ehtiyar oyunçular: 12. Anar Nəzirov, 2. Bədavi Hüseynov, 8. Qara Qarayev, 18. Maksim Medvedev, 20. Ufuk Budak, 21. Vladimir Levin, 6. Rəşad Sadiqov, 16. Cavid Hüseynov, 22. Elhad Nəziri, 13. Ruslan Qurbanov, 17. Vüqar Nadirov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.