6 sentyabr 2013 14:09

Şahin Diniyev: İndiki halda millidə yerli məşqçinin işləməsi daha düzgün olar

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində yığmamızın seçmə mərhələdə səfərdə İsraillə oyunundan, komandamızın şanslarından, eləcə də gələcəkdə baş məşqçi postunun yerli mütəxəssisə tapşırılmasının vacibliyindən danışıb.
 
- Yığma komandamız sentyabrın 7-də səfərdə İsrailə qarşı mübarizə aparacaq. Sizin bu oyun haqda fikirlərinizi bilmək maraqlı olardı?
- Mətbuatda İsrailin heyətlə bağlı problemləri olduğunu oxumuşam. Fikrimcə bu elə ciddi problem olmayacaq rəqib üçün. Çünki, İsrail yığmasında zədəli futbolçuları əvəzedəcək oyunçular çoxdu. Hayfa Makkabisində oynayan futbolçuları yada salın. Əgər İsrail Portuqaliya, Rusiya kimi komandalara qarşı oynasaydı bu halı ciddi problem saymaq olardı. Belədə isə Azərbaycana qarşı oyunda İsrail yenə üstün durumda olacaq. Onlar topa nəzarəti bacarır və sürətli hücumlarla müdafiəçilərə problem yaradır. İlk dəqiqələrdən İsrail qol axtarışında olacaq. Matç çətin keçəcək. Lakin həmişə olduğu kimi komandamıza inanırıq.
 
- Yəni, futbolçularımız hansı nəticəyə ümid edə bilər.....
- Pafosla çıxışları sevmirəm. Realist olmaq lazımdı. Bu gün komandamız stabil oyun göstərmir. İlk qolu vuracağımız halda müdafiəyə diqqət yetirsək müsbət nəticə qazana bilərik. Heç-heçə şanslarımız var. Amma qələbə haqda bunu söyləmək çətindi. Əlbəttə, futbolda təsadüflər olur. Amma səviyyə baxımından heç-heçə şansımız var. Bunun üçün 90 dəqiqə layiqli futbol oynamaq lazımdı. Bir səhv hər şeyi korlaya bilər.
 
- Millinin səfərdə hücum futbolu oynaması böyük risk olar, yəqin razısınız....
- Hücum futbolu ölümə bərabər qərar olacaq. Biz müdafiədə etibarlı olmaqla şansımızı gözləməliyik. İrəli getməyimiz problem yaradacaq. Oyundan asılı olaraq hücuma qoşulmaq və yaranan şanslardan maksimum istifadə etmək lazım olacaq.
 
- İsrail millisi 5 il əvvəl və indi, dəyişiklik çoxdu?
- Bu komanda daim seçmə mərhələdə 2-ci yer uğrunda yarışıb. Maraqlıdır ki, çox vaxt İsrailin sevinməsinə 1-2 xal çatmayıb. Yəni az fərqlə 3-cü yer tutublar. Azərbaycanla oyun onlar üçün vacib görüş olacaq. Çünki, xal itirsələr şansları çox azalacaq. Ona görə İsrail qələbəyə görə lazım olsa 90 dəqiqəni hücumda keçirəcək.
 
- “Qarabağ” Avropa Liqasında 3 mərhələ adlamaqla müəyyən mənada futbolçularına böyük təcrübə qazandırdı. Həmin yığma üzvləri komandanın yaxşı oynaması üçün zəmin ola bilərmi?
- “Qarabağ” “Ayntraxt” kimi rəqiblə səfərdə layiqli oynamaqla bizləri sevindirdi. Əlbəttə futbolçular səfərdə 50 min azarkeşin qarşısında meydana çıxmaqla psixoloji üstünlük qazandı. Amma İsrailə qarşı yığma oynayacaq. Hər şey komanda oyunundan asılı olacaq. Fərdi keyfiyyətləri nəzərə alsaq komandanın lideri ola biləcək futbolçumuz yoxdu. Ona görə ümid komanda oyununadı. Bizimlə oyun İsrail üçün son şansdı. Rəqib şansdan maksimum yararlanmaq üçün çalışacaq.
 
- İlin sonunda Berti Foqtsun müqaviləsinə baxılacaq. İndiki halda yığmada yerli yoxsa əcnəbi məşqçinin işləməsini məqbul hesab edirsiniz?
- Düzünü desəm, yerli məşqçinin işləməsi yaxşı olardı. Çünki, indi komandada vəziyyət o qədər yaxşı deyil. Stabil oyun yoxdu. Yetərincə futbolçu seçimində də problem var. Əcnəbi məşqçi 365 gün Azərbaycanda olmayacaq. Avropa məşqçiləri hər şeyi taktika üzərində qurur. İndi milliyə stabil oyun və heyət lazımdı. Yerli məşqçi bizim futbolu daha yaxşı bilir. Yığmada rəqabət olmalıdı. Öz mütəxəssisimiz bu problemləri aradan qaldırandan sonra xarici məşqçini gətirmək olar. Yəni İsrail kimi komandamız olanda və bu komandanın qarşısında dünya və Avropa çempionatına çıxmaq qoyulanda Avropa təcrübəsinə müraciət etmək mümkündü İndiki halda öz məşqçimiz lazımdı.
 
- Millinin futbolçusu Ruslan Abışovun “Rubin”də əsas heyət üzvünə çevrilmək şanslarını necə qiymətləndirirsiniz?
- Futbolçu yeni komandasında özünü göstərmək üçün vaxt lazımdı. Yalnız dünya və Avropa ulduzları dərhal start heyətin üzvünə çevrilir. Hər şey Abışovdan asılıdı. O, məşqləri davam etdirməli və rəqabətdən çəkinməməlidi. Ötən mövsümlə müqayisədə artıq irəliləyiş var. Əvvəlcə, oynamadı, sonra 3-4 dəqiqə, son matçda yarımsaata yaxın meydanda oldu. Dəqiqələri artırmaq lazımdı. Abışov ümidləri yalnız əziyyət bahasına doğrulda bilər. Ruslanın "Rubin"də əsas heyət üzvü olmasına şanslar çoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.