6 sentyabr 2013 16:32
Lansın prezidenti Bakının məşqini izlədi
“Bakı”nın U-15 komandasının Fransanın Lans şəhərindəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında komanda bir məşqə çıxıb.
"Lans" akademiyasının məşqçisi Herve Arsenin rəhbərliyi altında futbolçularımız texnika və koordinasiya təmrinlərini yerinə yetiriblər. Qapıçılarımızla fransalı məşqçi Jan Pyer Lurisella ayrıca məşq edib.
Komandamızın bu gün baş tutan məşqini "Lans" futbol klubunun prezidenti Jerve Martel də izləyib. Məşqdən sonra o futbolçularımızla görüşüb, onlara uğurlar arzulayıb.
