6 sentyabr 2013 17:14
Ramin Musayevdən seminar-məşğələ (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqası, əvəzedicilərin çempionatı və Birinci Divizionun oyunlarına təyinat alan hakim-inspektorlar üçün 1 günlük seminar-məşğələ keçirilib. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarovun rəhbərliyi ilə keçirilən seminarda 55 hakim-inspektor iştirak edib. Toplantında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də çıxış edib. (AFFA)
