7 sentyabr 2013 20:27
Vaqif Sadıqov: Yığmamızdan müsbət nəticə gözləyirəm
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov futbol üzrə milli komandamızın dünya çempionatının seçmə mərhələsində İsraillə oyunu barədə fikirlərini söyləyib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"İsrailin 3 xala ehtiyacı var. Ona görə bizimlə oyuna ciddi yanaşacaqlar. Bakıdakı oyunda yaxşı oynadıq. İndi səfərdə də həmin oyunun davamını gətirmək lazımdı. İsrail qələbəyə oynayacaq. Amma biz onların planını poza bilərik. Malta üzərində qələbə futbolçulara psixoloji cəhətdən üstünlük verir. Səfərdə oynamağımıza baxmayaraq, müsbət nəticə gözləyirəm. Artıq xal qazanmaq vaxtıdı”.
