7 sentyabr 2013 20:42
Olaf Yansen: Azərbaycan İsrail ilə səfər oyununda uğur qazanacaq gücdədi
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi, yenicə Almaniyanın “Dinamo” klubunun sükanı arxasına keçən Olaf Yansen milli komandamızın dünya çempionatının seçmə mərhələsində İsraillə oyunu barədə fikirlərini söyləyib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Biz onlarla Bakıda heç-heçə etmişdik. Halbuki, qələbə qazanmalıydıq. Ümumiyyətlə, yığmamızın bu seçmə mərhələdə tez-tez bəxti gətirmir. Fikrimcə, Azərbaycan yığması səfərdə uğur qazanacaq gücdədi. “Dinamo”ya getsəm də, Azərbaycan futbolunu yaxından izləyəcəm. Çünki bu ölkə və futbolunuz mənə yad deyil. Həm də mən indi Azərbaycan yığması barədə sizdən daha çox bilirəm”.
