7 sentyabr 2013 19:55

Cihan Özkara: Ümid edirəm ki, İsraillə oyunda qol vura biləcəm

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Sivasspor” klubunun hücumçusu Cihan Özkara DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

“Komandada hər şey yaxşıdı. Yaxşı hazırlıq prosesi keçdik. Hamı yaxşı nəticəyə köklənib. Amma bu, asan olmayacaq. İsrailin çoxlu azarkeşi olacaq. Ümid edirəm ki, bizi də dəstəkləyən tapılacaq. Səfər matçında azarkeşlərin dəstəyini hiss etmək çox xoşdu. Onlar bizim üçün əlavə stimuldular. Əlbəttə, biz İsrail kimi dünya çempionatına vəsiqə uğrunda mübarizə aparmırıq. Sadəcə, gənc komanda kimi, qazanılan hər bir xal bizim üçün üstünlükdü. Ümid edirəm bu oyunda qol vura biləcəm. Bunu çox istərdim. Rauf Əliyevlə Rüfət Dadaşov son oyunlarda fərqlənirlər. Onlara görə şadam. Onlar həm yaxşı futbolçu, həm də yaxşı uşaqlardılar. Bu dəfə də fərqlənmələrini çox istərdim”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.